Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda ciddi cinayət faktı ortaya çıxıb

© Sputnik / Anar MustafayevУголовный кодекс Азербайджанской Республики
Уголовный кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

BAKI, 5 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Ağac kəsimi, arxiv şəkli - Sputnik Azərbaycan
Təbiətə "divan tutan" şəxsə qarşı tədbir görülüb

Bu barədə Sputnik Azərbaycan-a ETSN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən "Raqib-FK" MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 m3 həcmində gilin çıxarıldığı məlum olub.

Faktla bağlı "Raqib-FK" MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər lenti
0