BAKI, 5 sentyabr — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı bu gün saat 11:00-də başlamalı olsa da, proses yenə baş tutmayıb.
Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib. Bildirlib ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət" portalında (e-gov.az) yaradılmış "Güzəştli mənzil" sisteminin işində problem yaranıb.
Məsələ ilə bağlı MİDA "Facebook" səhifəsi vasitəsilə vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, mənzil seçimi prosesi hazırda dayandırılıb. Proses bugün saat 15:00-dan etibarən aktivləşdiriləcək.
© KarikaturaGüzəştli mənzillər
Güzəştli mənzillər
© Karikatura