BAKI, 5 sentyabr — Sputnik. Antaliyanın Kəmər ilçəsində təhlükəli cani tutulub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan bir müddət öncə 3 uşaq və 4 böyük insana hücum edən, 5 qadına təcavüz edən Dominik Nigordur.
O, təcavüz, qəsdən sağlamlığa zərər yetirmə maddələri ilə tədsirləndirilib. Dominik Nigor bazar günü naməlum səbəbdən İ.Ç adlı qıza və otel sahibi İrfan Bozdoğana bilərəkdən xəsarət yetirib. Hətta iki qız uşağının da Dominikin xəsarətlərindən müalicə aldığı məlum olub.