Vüqar Bayramov: “BTQ məhsullarımızın digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq”
"Bütün dost ölkələri Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməyə çağırıram". Bunu Prezident İlham Əliyev Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı deyib.
İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir: “Bu, bizə imkan verir ki, Avropa və Asiyanı, xüsusən də Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini dəmiryolu xətti vasitəsilə birləşdirmək mümkün olsun. Asiyada Çin və digər ölkələr regiona böyük məbləğdə məhsullar ixrac edir. Bu da onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Sözügedən dəmir yolu xətti həm də Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz