BAKI, 5 sentyabr — Sputnik. Bu gün Azadlıq prospektində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərsu ASC-dən məlumat verilib.
Bildirlib ki, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulur. Bununla əlaqədar 05 sentyabr 2018-ci il tarixində gün ərzində 7-ci və 8-ci mikrorayonların, həmçinin Azadlıq prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.