CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil Nazirliyindən müəllimlərə xəbərdarlıq

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər"

BAKI, 4 sentyabr — Sputnik. "Heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisi xatırladıb ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.

C.Valehov qeyd edib ki, məktəb məktəbli formasının satışı ilə məşğul olmur: "Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər".

Xəbər lenti
0