"Sınıq körpü"də baş verən dəhşətli olayla bağlı rəsmi məlumat yayıldı

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır

BAKI, 4 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidməti (DSX) dünən gecə baş verən ağır qəza ilə bağlı birgə məlumat yayıb. Sputnik Azərbaycan qurumların birgə məlumatına istinadən xəbər verir ki, bu günə keçən gecə Gürcüstanla sərhəddə yerləşən "Qırmızı körpü" ("Sınıq körpü", Şıxlı) gömrük-sərhəd keçid məntəqəsində insan tələfatı ilə nəticələnən qəza hadisəsi baş verib.

TIR sürücüsü - Sputnik Azərbaycan
HADİSƏ
“Sınıq Körpü”də dəhşətli qəza: Ölən və yaralananlar var

Belə ki, Gürcüstana "bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarəti zonasını tərk etdikdən sonra Gürcüstan ərazisinə daxil olarkən qəza hadisəsi törədib. Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin ərazisində xidmət aparan Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu həyatını itirib.

İlkin ehtimala görə, qəza avtomobilin əyləc sistemində yaranan nasazlıq səbəbilə baş verib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qəzanın əsl səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qəza nəticəsində gömrük-sərhəd keçid məntəqəsinin fəaliyyətində yaranan qısamüddətli fasilə həyata keçirilən tədbirlər nəticəsində aradan qaldırılıb. Hazırda "Qırmızı körpü" (Şıxlı) gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir.

Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
HADİSƏ
İstirahət günlərində 8 qəza baş verib, ölənlər var

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda isə bildirilir ki, 2018-ci ilin sentyabr ayının 3-də saat 21:10 radələrində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycan Respublika­sının ərazisindən Gürcüstan istiqamətində hərəkət edən GG-415-YY GEO dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü 1993-cü il təvəllüdlü GR vətən­daşı Ajevanidze Levanın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1994-cü il təvəllüdlü çavuş Süleymanov Ələnnur Xəlilulla oğlunu vurub.

Hərbi qulluqçu aldığı xəsarətlərdən vəfat edib, hadisə zamanı 1 ədəd minik avtomobili əzilib və 2 nəfər mülki şəxsə yüngül xəsarət yetirilib.

Ağır nəticələrə səbəb olan qəza hadisəsini törətmiş sürücü saxlanılaraq Qazax rayon polis şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.

Xəbər lenti
0