BAKI, 4 sentyabr — Sputnik. Bu günə qədər ən çox izlənilən filmlər sırasında ilk yerlərdə olan "Receb İvedik" filminin 6-cısı çəkilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Şahan Gökbakar öz Instagram səhifəsində məlumat verib.
Receb İvedik rolunu oynayan Gökbakar çəkilişlərdən bir kadr paylaşaraq, prosesin başladığını xəbər verib.
Gökbakar "Qəzamız mübarək olsun!" yazaraq paylaşdığı fotoda çoxdan çəkiliş ab-havasına girdiyini bəyan edib.