BAKI, 4 sentyabr — Sputnik. Şahdağ Milli Parkının Qəbələ bölməsi ərazisinə ov etmək məqsədilə daxil olan iki nəfər parkın əməkdaşları tərəfindən saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi və 15 ədəd güllə götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı qanun pozucularının Qəbələ rayon Abrıx kənd sakinləri Mahir Aşurov və Rafiq Abdullayev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində akt və protokol tərtib edilib və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.