Paşinyandan “şah və mat”: Koçaryan Ermənistanda dustaq edildi

© SputnikErmənistanın sabiq prezidenti Robert Koçaryan
Ermənistanın sabiq prezidenti Robert Koçaryan - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb

BAKI, 4 sentyabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Koçaryana ölkəni tərk etmək qadağan olunub.

Sputnik Armenia xəbər verir ki, müvafiq qərar Ermənistanın Xüsusi İstintaq Xidməti tərəfindən qəbul olunub.

Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Koçaryanın Almaniyada müayinədən keçmək məqsədi ilə ölkəni tərk etmək istədiyi barədə məlumat yayılıb. Sonradan məlum olub ki, onun sənədləri hüquq-mühafizə orqanlarındadır.

Xəbər lenti
0