BAKI, 4 sentyabr — Sputnik. "Nar Mobile" ticarət nişanının sahibi olan "Azərfon" MMC-də yeni təyinat olub.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Rita Ömərova şirkətin mətbuat xidmətində mütəxəssis vəzifəsinə təyin edilib.
Xatırladaq ki, R.Ömərova bundan əvvəl ANS TV-də və digər media qurumlarında müxtəlif vəzifələrdə çalışıb, PR və reklam fəaliyyəti ilə məşğul olub.