Rəsmi xəbərdarlıq: Bakının bir hissəsi susuz qalacaq

CC0 / RayMark / WaterВода на фоне заката, фото из архива
Вода на фоне заката, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulmasıdır

BAKI, 4 sentyabr — Sputnik. Bu gün Bakının Sabunçu rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətləri şəbəkəyə qoşulur. Bununla əlaqədar 4 sentyabr 2018-ci il tarixində gün ərzində Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Xəbər lenti
0