CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan informasiya məkanına təxribat xarakterli məlumatlar ötürülür"

© Sputnik / Murad Orujov"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri mövzusunda tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Müşfiq Ələsgərli: "Azərbaycan informasiya məkanına təxribat xarakterli informasiyalar ötürülür"

BAKI, 4 sentyabr — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İnformasiya, Təhlil və Planlaşdırma" İctimai birliyi tərəfindən müxtəlif media qurumların baş redaktorları, QHT nümayəndələri və ictimai fəalların iştirakı ilə "Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli sosial şəbəkələr və internet mediasında yayılan informasiyaların mili və dövlət maraqlarına nə dərəcədə cavab verməsi ilə bağlı uzun müddətdir müzakirələrin aparıldığını bildirib.

O qeyd edib ki, ənənəvi mediada bu məsələlərin tənzimlənməsi üçün bütün istiqamətlər göstərilir: "Media ictimai maraqdan çıxış etməlidir. Burada medianın sosial məsuliyyəti anlayışı da var. Müasir media kifayət qədər şaxələnib və onun böyük bir hissəsini təşkil edən internet media ortaya çıxıb. Medianın bu hissəsində çox ciddi problemlər mövcuddur. İnternet mediası azad olsa da, burada yayılan informasiyalara görə də hüquqi məsuliyyət mövcuddur. Hüquqi məsuliyyətin olmasına baxmayaraq, sosial şəbəkələrdə yayılan informasiyalarda ciddi problemlər qalmaqdadır".

© Sputnik / Murad Orujov"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri mövzusunda tədbir - Sputnik Azərbaycan
1/4
"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir

2/4

3/4
"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
© Sputnik / Murad OrujovSputnik Azərbaycanın baş redaktoru Mətin Məcidli
Sputnik Azərbaycanın baş redaktoru Mətin Məcidli - Sputnik Azərbaycan
4/4
Sputnik Azərbaycanın baş redaktoru Mətin Məcidli
1/4
"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
2/4
"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
3/4
"Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri" mövzusunda tədbir
4/4
Sputnik Azərbaycanın baş redaktoru Mətin Məcidli

"Bu gün internetin verdiyi imkanlardan istifadə edərək, internet mediasında təxribat xarakterli, qərəzli informasiyalar yayılır. Müxtəlif saxta adlarla Azərbaycan informasiya məkanına qərəzli informasiyalar ötürülür. Həmin informasiyaları yayanlar haqqında xırda bir araşdırma aparanda görürük ki, həmin şəxslər hansısa xarici ölkə ərazisindən bu təxribat xarakterli fəaliyyəti gerçəkləşdirirlər. Belə informasiyalara qarşı mübarizə aparmağın ən yaxşı üsulu maarifləndirmənin aparılmasıdır. Cəmiyyətə milli və dövlət maraqları və informasiyanın hüdudları haqqında bilgilər verilməlidir. Xəbər istehsalçıları da fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar" — deyə M.Ələsgərli bildirib.

Daha sonra çıxış edən tədbir iştirakçıları da yalan xəbər və onunla mübarizə üsulları haqqında fikirlərini bölüşüblər. Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Xəbər lenti
0