Gürcüstan və Ermənistandan Azərbaycana təhlükə ixrac olunur

© SputnikGürcüstanın paytaxtın Tbilisinin ərazisindən keçən Kür çayı
Gürcüstanın paytaxtın Tbilisinin ərazisindən keçən Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

BAKI, 3 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib.

Kür çayının Qıraqkəsəmən məntəqəsi - Sputnik Azərbaycan
Kür çayının suyu azalır

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 7,0 m3/san artaraq 117,0 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevəndə məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.

Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Şıxlı-2 məntəqəsində 2,4, Ağstafaçayda 2,2, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,9-2,4, biogen maddələrdən-ammoniumun miqdarının 4, nitritlərin miqdarının isə 15-16 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.20-7.51 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti
0