CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlikdən sahibkarlara ay yarım vaxt - RƏSMİ

© Sputnik / Murad OrujovЗдание Министерства экологии и природных ресурсов Азербайджана
Здание Министерства экологии и природных ресурсов Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
ETSN karxana sahiblərinə 45 gün vaxt verib

BAKI, 3 sentyabr — Sputnik. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarının sahibkarları və istismarçılarının nümayəndələri ilə görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, əksər karxana istismarçılarında yerin təkindən istifadə üçün torpaq ayırmaya dair sərəncamların, geoloji və ekoloji sənədlərin olmadığı, istismar başa çatmış sahələrdə rekultivasiya işlərinin aparılmadığı, yataq ayırma hüdudundan kənara çıxıldığı, istismar zamanı norma və qaydalara riayət olunmadığı görüş zamanı diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb və irəli sürülən qanuni tələblər iştirakçılar tərəfindən anlayışla qarşılanıb. Nazirlik tərəfindən karxanaların istismarı zamanı mövcud olan nöqsanların aradan qaldırılması və tələb olunan sənədlərin tam qaydaya salınması üçün karxana sahiblərinə 45 gün vaxt verilib.

Xəbər lenti
0