BAKI, 3 sentyabr — Sputnik. Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.
Sputnik Azərbaycan Oxu.Az--a istinadla xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb.
Bildirilir ki, bu zaman liftdə beş İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib.
İnsident nəticəsində iki ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.