Saatda 4,4 milyon və ya dünyanın ən zənginləri nə qədər qazanır?

CC0 / Maklay62 / US dollarsABŞ dollarları, arxiv şəkli
ABŞ dollarları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma nəticəsində ortaya çıxan rəqəmlər çox insanın ömür boyu qazana biləcəyi məbləğdən daha yüksəkdir

BAKI, 3 sentyabr — Sputnik. ABŞ-ın "Business İnsider" biznes saytı ABŞ-dakı ən zəngin 9 iş adamının bir saatda nə qədər pul qazandığını açıqlayıb. Qazancları hesablamaq üçün "Forbes" jurnalının proqnozlarından istifadə edilib.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, araşdırma nəticəsində ortaya çıxan rəqəmlər çox insanın ömür boyu qazana biləcəyi məbləğdən daha yüksəkdir.

Twitter sosial şəbəkəsinin rəhbəri Cek Dorsi saatda 205 min dollar, "Microsoft"un banisi Bill Qeyts 456 min dollar pul qazanır.

Tesla və Spacex-in İcraçı direktoru İlon Mask saatda 684 min dollar, "Google"nin qurucularından olan Larri Peyc 924 min dollar, "Facebook"un qurucusu Mark Zukerberq 1.7 milyon dollar qazanır.

Доллары США - Sputnik Azərbaycan
Dollara gözlənilməz zərbə

Ən çox qazanan isə dünyanın ən böyük alış-veriş platformu olan "Amazon"nun qurucusu Cef Bezosdur. O, saata 4.4 milyon dollar qazanır. Bəs kimdir bu Cef Bezos?

ABŞ-ın Nyu-Mexiko ştatının Albuquerque şəhərində dünyaya gələn Cef Bezos 1986-cı ildə ABŞ-ın ən nüfuzlu təhsil ocaqlarından biri olan Prinston Universitetindən məzun olub. Prinston Universitetinin kompüter elmləri fakültəsindən sinif birincisi olaraq məzun olub.

1995-ci ildə "Amazon"u yaradıb və ilk olaraq kitab satmağa başlayıb. O, "Amazon"u yaratmamışdan qabaq bir şirkətdə çalışırmış. Bu şirkətin rəhbərinə "Amazon" ideyasını təqdim edib, lakin təklif qəbul edilməyib. Bundan sonra o həmin şirkətdən uzaqlaşıb və öz şirkətini qurub. Daha sonra "Amazon" qlobal bir mübadilə platformasına çevirilib.

Xəbər lenti
0