Təyyarədə nasazlıq yarandı və...

CC0 / mmisof / AirbusTəyyarə
Təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarə 20 dəqiqə havada qalıb, eniş edə bilməyib

BAKI, 3 sentyabr — Sputnik. Ankara-Kahramanmaraş 7131 nömrəli sərnişin təyyarəsi Qazıantepdə məcburi eniş edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi təyyarədə GPS-in qəfil xarab olması göstərilib. Təyyarə 20 dəqiqə havada qalıb, eniş edə bilməyib. Bu vəziyyətdə sərnişinlər panikaya düşüblər. Sərnişinlərdən bəziləri yaranmış vəziyyəti telefonun kamerası vasitəsi ilə çəkiblər. Qaziantepdə enən sərnişinlər Kahramanmaraşa avtobus ilə getməli olublar.

Xəbər lenti
0