CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səkkiz rayonun sakinlərinə şad xəbər

© Photo : ASAN XidmətSəyyar ASAN Xidmət. Arxiv şəkli
Səyyar ASAN Xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səyyar ASAN xidmət regionlarda olacaq

BAKI, 3 sentyabr — Sputnik. Səyyar ASAN xidmət 3-22 sentyabr Neftçalada, 3-17 sentyabr Ələt, Şəmkir, Ceyranbatanda, 3 sentyabr-2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3-27 sentyabr Qazaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN İmza saytının istifadəçisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qiyməti kimin və niyə qaldırdığı bəlli deyil: Bu, artıq ASAN olmadı ki...

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

— Notariat fəaliyyəti;

— Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

— Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

— Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

— Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

— Əmək pensiyalarının təyin edilməsi;

— Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

— Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

— Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xəbər lenti
0