Türkiyədə qətliam kimi qəza: Xeyli ölən və yaralanan var - VİDEO

© Photo : SozcuTürkiyədə qəza
Türkiyədə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-nün vəziyyəti son dərəcə ağırdır

BAKI, 2 sentyabr — Sputnik. Türkiyədə ağır yol qəzası baş verib. Traktorla mikroavtobusun toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, hadisə Qaziyəntəp əyalətində baş verib. 

Qəza zamanı 4 nəfər həlak olub, daha 3 nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-nün vəziyyəti son dərəcə ağırdır.

Qəzanın səbəbləri araşdırılır.

 

Xəbər lenti
0