CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftənin ilk iş günü üçün proqnoz açıqlandı

© Sputnik / Murad OrujovБакинский приморский бульвар
Бакинский приморский бульвар - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək

BAKI, 2 sentyabr — Sputnik Azərbaycanda sentyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 27-32° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində — Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacağı gözlənilir.

Ветер на поле - Sputnik Azərbaycan
Sentyabr ayı üçün hava proqnozu

Cənub çimərliklərində — Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 19-24° isti olacağı proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 25-30° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı ehtimalı var.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şərq küləyi əsəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 22-27° isti təşkil edəcək.

Xəbər lenti
0