ABŞ-da gecə klubunda atışma, ölən var

© pixabay / Free-PhotosGecə klubu
Gecə klubu - Sputnik Azərbaycan
Abunə olmaq
Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

BAKI, 2 sentyabr — Sputnik. Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.

Polisin məlumatına görə, hadisə "X-Rated" klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.

Xəbər lenti
0