Ərdoğan ABŞ-a: "Kimdənsə icazə almaq niyyətində deyilik"

© REUTERS / Umit BektasTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti ölkəsinin iqtisadiyyatda, xüsusən də müdafiə sənayesi sahəsində müstəqilliyə can atdığını vurğulayıb

BAKI, 2 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdə olarkən yenidən ABŞ-a qarşı sərt bəyanatla çıxış edib.

Sputnik Azərbaycan "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan Rusiyadan S-400 zenit raket sistemlərinin alınması məsələsində kimdənsə icazə almaq niyyətində olmadıqlarını deyib. 

"Biz Rusiya ilə S-400 ilə bağlı saziş imzalamışıq və bu, bəzilərini narahat edir. Üzrlü sayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik" — deyə nəşr onun sözlərini sitat gətirib.

Bişkekdə keçirilən biznes-forumda çıxış edən Türkiyə prezidenti ölkəsinin iqtisadiyyatda, xüsusən də müdafiə sənayesi sahəsində müstəqilliyə can atdığını vurğulayıb.

Xəbər lenti
0