BAKI, 1 sentyabr — Sputnik. Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.
Sputnik Azərbaycan-ın “Report”a istinadla xəbərinə görə, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.