CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc qız özü də bilmədən ərə gedib

CC0 / lindico / BrideGəlinlik geyinmiş qız, arxiv şəkli
Gəlinlik geyinmiş qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ehtimal edilir ki, fırıldaqçıları Honkonqda yaşamaq icazəsi maraqlandırır

BAKI, 1 sentyabr — Sputnik. Honkonqda 21 yaşlı qız təsadüfən Çindən olan naməlum kişiyə ərə gedib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qız vizajist elanı verilən ünvana müraciət eidb. Burada ona toyların təşkilatçısı kursuna yazılmaq da təklif edilib. Kursu bitirdikdən sonra qız Fuçjou şəhərində imtahan verməli imiş. O gəlin rolunu oynamalı və naməlum kişi ilə nikaha girməli imiş. Kursun təşkilatçıları qızı inandırıb ki, sonradan nikah pozulacaq. Ancaq Honkonqa qayıdanda öyrənib ki, nikah pozulmayıb. Qız fırıldaqçıların tələsinə düşdüyünü anlayıb.

Qızın köməyinə Honkonq Həmkarlar İttifaqının hüquqşünasları çatıb. Onlar digər qadınların da bu tələyə düşdüyünü ehtimal edir.

Ehtimal edilir ki, fırıldaqçıları Honkonqda yaşamaq icazəsi maraqlandırır. Bu icazə isə şəxslərin əri və ya arvadı Honkonqda yaşadığı təqdirdə verilir.

Xəbər lenti
0