İqtisadçı ekspert Fariz Quliyev Sputnik Azərbaycan-a deyir ki, TANAP layihəsi Azərbaycanın tranzit ölkələr boyunca iqtisadi, strateji əhəmiyyətini artırır, ölkəmizin regionda dominatlığını təmin edir:
“Bu layihə sosial lisenziya qazanıb. Avropa Birliyi tərəfindən bu layihənin dəstəklənməsi Azərbaycanın əhəmiyyətinin növbəti onilliklərdə qorunmasına böyük töhfə vermiş olur. TANAP və TAP layihələri Azərbaycanın növbəti 20-30 ildəki uğurunun göstəricisidir. Bu layihələr Azərbaycanın ticarət əlaqələrinin genişlənməsinə, ölkəmizə kapital axınının artımına böyük imkanlar yaratdığı üçün tarixi nailiyyətimizdir”.
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz