Evdə pişik saxlamaq qadağan oluna bilər

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidPişiklər
Pişiklər - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da bir neçə ildən sonra həmin bölgədə bir dənə də olsun pişik qalmayacaq

BAKI, 1 sentyabr — Sputnik. Yeni Zelandiyanın Omaui şəhərinin səlahiyyətliləri ev pişiklərinin saxlanmasını qadağan edə bilərlər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərarın Yeni Zelandiyada yaşayan bəzi quşların və heyvanların ovlanmaması üçün verilməsi nəzərdə tutulub.

Əgər təklif qəbul edilərsə, bu zaman bütün ev pişikləri siyahıya alınacaq, baytar müayinəsindən keçiriləcək və onlara çip vurulacaq. Həmin pişiklər öləndən sonra onların sahibləri yeni pişik ala bilməyəcək. Bununla da bir neçə ildən sonra həmin bölgədə bir dənə də olsun pişik qalmayacaq.

Omaui şəhərinin meri Con Kolliz deyib ki, onlar pişiklərə nifrət etmirlər. Sadəcə digər ev heyvanlarını qorumaq qərarına gəliblər: "Pişiklərin yeri ev deyil".

Xəbər lenti
0