Şahzadə Diana barədə bu məlumat çox səs-küy yaradacaq

© AP Photo / Jerome DelayŞahzadə Diananın qəzaya düşdüyü avtomobil, 30 avqust 1997-ci il
Şahzadə Diananın qəzaya düşdüyü avtomobil, 30 avqust 1997-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, Diananın bədənində ciddi xəsarət izi və qan yox imiş

BAKI, 1 sentyabr — Sputnik. Parisin təcili xilasetmə xidmətinin əməkdaşı Ksavye Qurmelon şəhzadə Diananın qəzadan sonra görən şahidlərindən biridir. O, qəzadan sonra baş verənləri danışıb. Sputnik Azərbaycan xəbər verir ki, qəza baş verən kimi Ksavye Alma körpüsünün yanındakı tunelə birinci çatıb. Onun sözlərinə görə, qəzadan sonra da şahzadə Diana danışa bilirmiş: "Mən onun əllərdindən tutmuşsum, ondan sakit olmağı və hərəkət etməməyi xahiş edirdim. Mən bura ona kömək etmək üçün gəldiyimizi dedim. O, isə cavabında mənə dedi ki, ilahi, nə baş verib?"

Onun sözlərinə görə, Diananın bədənində ciddi xəsarət izi və qan yox idi. Bu məlumat şahzadənin ölümünün sui-qəsd olması barədə ehtimal irəli sürənlərin ürəyincə olacaq. Çünki şahzadə bu sözlərdən bir qədər sonra vəfat edib. 

Qeyd edək ki, şahzadə Diana 31 avqust 1997-ci ildə qəza nəticəsində həlak olub. Şahzadə Dodi əl-Fayedin avtomobili ilə böyük sürətlə hərəkət edirmiş. Avtomobil getdiyi sürətlə tuneldə divara dəyib, daha sonra isə maneəyə dəyərək aşıb. Əl-Fayed və sürücü hadisə yerində ölüblər. Şahzadə Diana isə hadisədən 2 saat sonra dünyasını dəyişib. Qəzanın sui-qəsd olması ehtimalı var.

Xəbər lenti
0