Yaponiyanın xarici işlər naziri Azərbaycana gəlir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidYaponiyanın bayrağı
Yaponiyanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Taro Kono əvvəlcə Ermənistan və Gürcüstana səfər edəcək

BAKI, 31 avqust — Sputnik. 5-6 sentyabr (çərşənbə) tarixində Yaponiyanın xarici işlər naziri Taro Kononun Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər zamanı naziri Yaponiya XİN-in mətbuat xidmətinin rəhbəri müşayiət edəcək. O, həmçinin səfərlə bağlı Azərbaycan mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, xarici işlər naziri Taro Kono əvvəlcə Ermənistan və Gürcüstana səfər edəcək və oradan Azərbaycana gələcək. Nazir ayın 6-da Bakıdan Berlinə yola düşəcək.

Xəbər lenti
0