Görün, Tramp dünyanı nə ilə hədələyir

© REUTERS / Leah MillisABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq"

BAKI, 31 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp bu barədə "Bloomberq News"-a müsahibəsində açıqlama verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ÜTT ABŞ-la daha yaxşı davranmalıdır: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq".

Qeyd edək ki, Tramp keçən ay verdiyi açıqlamada ÜTT-nin illərlə ABŞ-la pis rəftar etdiyini deyərək, təşkilatın fəaliyyət istiqmətlərini dəyişməsini məsləhət görmüşdü. ÜTT-dəki ABŞ ticarət təmsilçisi Robert Liqzizer isə yanvar ayında verdiyi açıqlamada Çinin 2001-ci ildən ÜTT-yə üzv olmasını səhv addım kimi xarakterizə etmişdi.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın ÜTT-dən çıxacağı təqdirdə dünya iqtisadiyyatı və ticarət münasibətləri arzuolunmaz mənzərə ilə üzləşəcək.

Xəbər lenti
0