BAKI, 31 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.