ELM

Məktəbli formaları ilə bağlı çəkişmələrə son qoyuldu - Seçimdə azadsınız

© Sputnik / Kamilla AliyevaПокупка школьной формы, фото из архива
Покупка школьной формы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər valideynlərə tikiş evləri tərəfindən təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 avqust — Sputnik. Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Maddi imkandan asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi ictimaiyyət tərəfindən həmişə bəyənilib.

Bilik günü, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəblərin rus bölmələrinə hücum: Boş yer yoxdur, müəllim də çatışmır

Ancaq son dövrlərdə bu məsələ müəyyən formada valideynlərin narahatlığına səbəb olur. Ümumtəhsil məktəbləri üçün vahid forma Bakı Tikiş Evi (BTE) tərəfindən münasib qiymətə satılsa da, bəzi məktəblər öz formalarını bir qədər baha qiymətə təklif edir.

Sputnik Azərbaycan-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda respublikanın, demək olar, 4500-dən çox orta təhsil müəssisəsində şagirdlər məktəbə vahid formada gedirlər: "Etiraf etməliyəm ki, bu, təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə bərabər, həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır. Bir məqamı xüsusi qeyd edim ki, hər bir məktəbin pedaqoji şurası öncədən müəyyən olunan dizayn və məktəbli formalarının etiketlərini məktəb kollektivi ilə müzakirəyə çıxarır. Məktəb üçün uyğun hesab olunan dizaynda qəbul edilən məktəbli forması həmin tədris ili üçün vahid forma kimi qəbul edilir".

Ekspert qeyd edir ki, bəzi orta ümumtəhsil məktəblərimiz ibtidai və yuxarı sinif şagirdləri üçün fərqli məktəbli formaları tətbiq edir: "Düzdür, bəzi hallarda məktəb direktorları tikiş evləri ilə qeyri-rəsmi razılıq əldə edir ki, bütün şagirdləri ancaq o satış dükanından forma almağa yönəltsinlər. Amma hər bir valideyn məktəb tərəfindən təsdiq edilmiş formanın eskizini əldə edərək, formanın təsdiq edilən standartlara uyğun olması şərti ilə, övladının geyimini istədiyi yerdə tikdirə bilər".

"Yəni hər bir valideyn məktəb tərəfindən qəbul edilmiş standartlara uyğun olan formanı özü tikdirə bilər. Bu, qanunla qadağan olunmayıb. Əgər valideynlərə tikiş evləri tərəfindən təklif edilən geyimlər baha gələrsə, bu zaman özləri bu məsələni həll edə bilərlər" — K.Əsədov vurğulayıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur: "Yəni hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir".

"Məktəbli forması hər bir məktəbin nizamnaməsinə əsasən müəyyən olunur. Məktəb məktəbli formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər" — deyə nazirlikdən əlavə olunub.

Xəbər lenti
0