CNN rəhbərinin vəzifədən uzaqlaşdırılmasına çağırış edildi

© Photo : Evan Agostini / Invision / APCNN telekanalının prezidenti Ceff Zaker
CNN telekanalının prezidenti Ceff Zaker - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəzli mövqeyi səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib

BAKI, 30 avqust — Sputnik.  ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb.

"Report" xəbər verir ki, Tramp bu barədə "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, Zakerin istefası zəruridir.

"Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", — Tramp bildirib.

Dövlət başçısı telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəzli mövqeyi səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.

Xəbər lenti
0