Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı ətrafında iki nazirlik birgə reydlər keçirir

© Sputnik / Rahim MuradovXəzər dənizində balıqçı dirəkləri
Xəzər dənizində balıqçı dirəkləri - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib

BAKI, 30 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında reydlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a ETS-in mətbuat xidmətindən məlumat verilib.

Padar kəndi ərazisində məişət tullantıları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rayon camaatı zibilə düşüb: Nə evə girə bilirlər, nə çölə çıxa

Bildirilib ki, reyd zamanı Sabunçu rayonu Pirşağı qəsəbəsinin dəniz sahilində yerləşən "Günəş", "Palma" çimərliklərində və Mehdiabad-Pirşağı yolunun sol hissəsində fəaliyyət göstərən kafenin yaxınlığında tullantıların qalaqlandığı və qanunvericiliyə uyğun qaydada idarə olunmadığı məlum olub.

Faktlarla bağlı obyekt sahibləri Füzuli Mehtiyev, Elvin Həsənov və Hüseyn Süleymanov barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümümilikdə 2400 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması məqsədilə qanun pozucularına icrası məcburi olan müddətli "məcburi göstəriş"lər verilib.

Reydlər davam etdirilir.

Xəbər lenti
0