BAKI, 30 avqust — Sputnik. Azərbaycanın İnterpol üzərindən qırmızı bülletenlə axtardığı, ötən il İstanbulda yaxalanan və həbsxanaya transferi zamanı qaçan kriminal avtoritet, mafiya liderlərindən olan Ənbər Sadıxov (Anbar Sadıkhov) İstanbulda yaxalanıb.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, onun azərbaycanlı kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) adamı olduğu iddia edilir.
İstanbul polisinə bağlı Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsinin əməkdaşları dünən axşam Şişlidə bir hoteldə əməliyyat keçirib. Əməliyyatda Ənbər Sadıxov saxlanılıb. Yaxalanan şəxsin ötən il Maltepe həbsxanasından Ərzurum həbsxanasına göndərilərkən yolda qaçdığı üzə çıxıb.