BAKI, 29 avqust — Sputnik. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayevlə görüşüb.
Tərəflər əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.