İyunun sonlarında Səudiyyə Ərəbistanı kralının qadınlara avtomobil idarə etməyə imkan verən qərarı qüvvəyə minib. Otuz yaşlı səudiyyəli Rana Əlmimoni qadınlara avtomobil sürmək qadağasının aradan qaldırılmasını böyük sevinc hissi ilə qarşılayıb. Yarış avtomobillərinin pilotu olmaq və avtorallilərdə iştirak etmək onun uşaqlıqdan ən böyük arzusu olub.
"Mən sürəti sevirəm! Yox, mən sürətdən ötrü ölürəm. Mənim arzularımdakı maşının gücü 500 at gücündən artıqdır. Səudiyyəli qadının yalnız çəhrayı və gözəl avtomobili seçməsi mifdir" – deyə Əlmimoni jurnalistlərə bildirib.
İndi Rana öz arzularını reallaşdırmaq üçün Səudiyyə Ərəbistanının nə vaxt qadınlara avtomobil yarışlarında iştirak etmək üçün lisenziya verəcəyini gözləyir.
Zərif Səudiyyə yarışçısı Rana Əlmimoninin Ər-Riyadın cənubundakı Dirab avtoparkının təlim trassındakı təlimlərindən çəkilmiş fotolarını sizə təqdim edirik.