Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək

© Photo : TRENDÜzeyir Hacıbəyli festivalı, arxiv şəkli
Üzeyir Hacıbəyli festivalı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Festivalın təntənəli açılış mərasimi 18 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq

BAKI, 29 avqust — Sputnik. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına "New life brass" kvinteti, "Dədə Qorqud" kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

Festivalın təntənəli açılış mərasimi 18 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbirdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcəklər. Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti səslənəcəkdir (solist Xalq artisti Murad Adıgözəlzadə).

Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş "Azərbaycan opera səhnəmizin Nigarı" adlı silsilə tədbirlər təşkil olunacaq.

22 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası iştirak edəcəklər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin Ev Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi"ndə müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.

23 sentyabr saat 19.30-da Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" marionet tamaşasının premyerası baş tutacaqdır. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Festivalın bağlanış mərasimi 26 sentyabr saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaqdır. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçı Pavel Milyukov çıxış edəcəklər.

Xəbər lenti
0