Moskvada azərbaycanlı “terrorçu” saxlanıldı

© Sputnik / ЦОС ФСБ РФ / Mediabanka keçidЗакованный в наручники мужчина, архивное фото
Закованный в наручники мужчина, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxs terrorçuluqda, qanunsuz silah ticarətində, qətldə, sağlamlığa ağır xəsarət yetirməkdə, soyğunçuluqda və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilir

BAKI, 29 avqust — Sputnik. Moskva polisinin əməkdaşları şəhərin mərkəzində bir sıra cinayətlərdə, o cümlədən terrorçuluqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb.

“Avqustun 28-də paytaxt polisinin əsas binası qarşısında sənədlərin yoxlanılması zamanı 1964-cü il təvəllüdlü Orucov Eldar Zubeyir oğlu saxlanılıb. Məlum olub ki, o, bir sıra cinayətlərdə ittiham olunaraq axtarışa verilib” – agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxs terrorçuluqda, qanunsuz silah ticarətində, qətldə, sağlamlığa ağır xəsarət yetirməkdə, soyğunçuluqda və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilir.

“Onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələni həll etmək üçün Orucovla bağlı materiallar prokurorluğa göndərilib” – mənbə qeyd edib.

Xəbər lenti
0