BAKI, 29 avqust — Sputnik. Bakıda sevgililər qarajda boğularaq ölüb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Belə ki, ötən gecə beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb.
Avtomobil K.Əhədovaya məxsus olub.
Meyitlər tapılarkən avtomobilin kondisioneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb.
Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ehtimala görə onlar sevgili olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqdı.