ABŞ-dan qəribə şikayət: Vaşinqton Rusiyanın cavab zərbəsinə dözmədi

© Sputnik / Igor Mikhalev / Mediabanka keçidКапитолий, здание в Вашингтоне, где заседает конгресс США
Капитолий, здание в Вашингтоне, где заседает конгресс США - Sputnik Azərbaycan
Abunə olmaq
Məsləhət tələbi təşkilat daxilində iddia ərizəsi prosedurunda ilk addımdır

BAKI, 29 avqust — Sputnik. ABŞ Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Rusiyaya qarşı iddia qaldırıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ Ümumdünya Ticarət Təşkilatından bir sıra malların idxalına dair Rusiya ilə məsləhətləşmələr aparılmasını xahiş edib. Məsləhət tələbi təşkilat daxilində iddia ərizəsi prosedurunda ilk addımdır.

ABŞ qeyd edir ki, Rusiya ÜTT-yə daxil olan digər ölkələrdən analoji məhsullar üzərində heç bir haqq tətbiq etmir.

Qeyd edək ki, ABŞ sanksiyalarına qarşılıq olaraq, Rusiya avqust ayının 5-dən etibarən ABŞ-dan idxal olunan bəzi mallara yeni rüsum tətbiq edib. Bu, Vaşinqtonun polad və alüminiumdan olan məhsullara rüsum tətbiq etməsinə cavab olub. Moskva ÜTT normaları çərçivəsində fəaliyyət göstərdiyini bildirib.

Malların daşınması üçün müəyyən növ nəqliyyat vasitələri, yol-tikinti avadanlıqları, neft və qaz avadanlıqları, metal emalı və qaya qazma alətləri idxalına görə gömrük rüsumlarının dərəcələri qaldırılıb. Hazırda bu rüsum 25-40 faizə qədərdir.

Xəbər lenti
0