BAKI, 29 avqust — Sputnik. Okean nəhəngi sayılan balinanın bədəninə sellofan dolanıb. O var gücü ilə mübarizə aparsa da ondan qurtula bilməyib. Bu zaman oradan keçən balıqçılar balinanın gərgin anlarının şahidi olublar.
— BBC News Türkçe (@bbcturkce) 28 августа 2018 г.
Sputnik Azərbaycan xəbər verir ki, balıqçılar balinaya kömək edərək sellofanın bir hissəsini çıxarırlar. Bundan sonra balina azad ola bilir. Sevinən balina 1 saat ərzində 40 dəfə suya baş vurur.