Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Tramp bütün "oyun qaydalarını" alt-üst edir, dünya düzəni təhdid altındadır

© AFP 2024 / MANDEL NGANMerkel, Makron, Tramp və Mey
Merkel, Makron, Tramp və Mey - Sputnik Azərbaycan
Abunə olmaq
İkinci müddət üçün çap dəzgahı: Tramp ABŞ-ın "kağız" iqtisadiyatını uzun müddət xilas edə biləcəkmi?

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Bütün dünyada ABŞ prezidenti Donald Trump tərəfindən başlanan ticarət və iqtisadi müharibənin məcburi şəkildə yayılması Amerika iqtisadiyyatının xilasına yönəldilib. Çünki böyük xarici ticarət kəsiri ABŞ-ın 21,2 trilyon dollardan çox olan dövlət borcunun daha da artmasına gətirib çıxarır.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Trampdan ilginc etiraf: "Branson üçün mübarizə aparırıq"

Ticarət kəsirini azaltmağın yeganə yolu Meksika və Çin istehsalçılarını ABŞ-a qaytarmaqdır. İri Amerika şirkətlərinin öz müəssisələrini ABŞ-ın xaricində açmasının əsas səbəbləri ölkədəki yüksək vergi və sosial ayırmalar, sərt ekoloji standartlar və zərərə gətirib çıxaran bir sıra digər səbəblərdir. Buna görə də iri avtomobil istehsalçıları, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin istehsalçıları öz müəssisələrini ABŞ qanunvericiliyinin hüdudlarından kənara köçürüb.

Trampın hazırkı siyasəti ona yönəlib ki, Amerika korporasiyaları öz istehsal obyektlərini yenidən ABŞ-a qaytarsın. ABŞ prezidenti postuna gəldiyi vaxtdan (20 yanvar 2017-ci il) etibarən Donald Tramp yerli istehsalın dəstəklənməsi üçün məqsədyönlü siyasət elan edib. Bu siyasət sayəsində gömrük dərəcələrini yüksəltməklə ABŞ bazarının qorunması və bir sıra sənaye sahələrinin Amerika torpaqlarına qaytarılması istiqamətində müəyyən müsbət nəticələr əldə olunub.

Tramp təkcə Amerikanın daxili bazarını qorumur, həm də Rusiyaya və onun "Şimal axını-2" layihəsinə qarşı sanksiyalar tətbiq etməklə, sıxılmış Amerika qazının Avropa ölkələri bazarına ixracı üçün imkanlar açır.

Hazırkı Ağ Ev administrasiyası hələ ki, öz uğurlarını bayram edir. Bu uğurlar yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin azaldılmasından, Amerika iqtisadiyyatının artım sürətinin ikinci kvartalda 4,1% yüksəldilməsindən (yeri gəlmişkən, bu, 2014-cü ildən etibarən ən yaxşı göstəricidir) ibarətdir. İlk baxışdan Trampın əldə etdiyi nailiyyətlər aydındır. O, Amerika iqtisadiyyatının "kağız" artımından ölkəyə istehsal gücünün real şəkildə geri qaytarılmasına keçid əldə etməyə nail olub.

Lakin ABŞ rəhbərliyinin bu ölkənin cılız maraqları naminə dollardan cəza vasitəsi kimi istifadə etməsi, dollardan aparıcı sabit maliyyə aləti və ehtiyat valyuta kimi istifadə edən bir sıra dövlətləri məyus edir.

2008-ci ildə maliyyə böhranı zamanı Birləşmiş Ştatlar Amerika dollarına həm dizayn, həm də keyfiyyat baxımından "yeni forma" verərək dövriyyəyə buraxmaq üçün çap dəzgahını təzələdi. Həmin vaxt inkişaf etməkdə olan ölkələr Ağ Evi "təmiz oynamamaq"da günahlandırdı. Çünki Amerika iqtisadiyyatı bütün dünyaya səpələnmiş dollar kütləsini "çəkmək" hesabına özünü bərpa etməyə başladı. Unutmaq lazım deyil ki, müxtəlif qiymətləndirmələrə görə, Amerika dolları dünya ticarətinin 80%-nə qulluq edir.

Suriyada ABŞ əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Vaşinqtondan Ankaranı qıcıqlandıran daha bir təhlükəli addım

Bu gün, keçən 10 il ərzində iqtisadiyyatı inkişaf etməkdə olan dövlətlər yenidən dollar əleyhinə çıxışlar edir. Səbəb odur ki, ABŞ İran, Türkiyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə bu ölkələrdəki dünyanın aparıcı şirkətlərini müxtəlif kommersiya fəaliyyətləri davam edərkən dollarla aparılan əməliyyatları dondurmaqla təhdid edir.

Və təəccüblü deyil ki, Avropanın bir sıra ən iri şirkətləri ABŞ-dakı bizneslə bağlı problemlərdən qaçmaq üçün təcili surətdə İranın cazibədar təkliflərindən imtina edib.

Əlbəttə, Trampın atdığı addımlar "təmiz oyun"dan kənara çıxır və Ümumdünya Ticarət Təşkilatının mövcudluğunu sual altına qoyur. Çünki, birtərəfli sanksiyaların tətbiqi və bir sıra malların üzərinə qoyulan rüsumların artırılması bu təşkilatın qaydalarını kobud surətdə pozur.

Ola bilsin, ABŞ prezidenti hesab edir ki, qalibin uğurlarını mühakimə etmirlər və Amerika iqtisadiyyatını dəstəkləmək üçün gördüyü işlər ona 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələrək ikinci prezidentlik müddətində də Ağ Evin sahibi olmağa imkan verəcək.

Lakin Trampın iqtisadi siyasəti dünyanın aparıcı ölkəsinin idarəetməsini qısa müddətə üzərinə götürən müvəqqəti işçinin hərəkətlərini xatırladır. Qısa müddətdə əldə olunan üstünlüklər orta müddətdə bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq irəliləyəcək və "Made in USA" markası altında daha bahalı və rəqabətə davamsız məhsulların buraxılmasına səbəb olacaq.

Trampın iqtisadi siyasət nəticəsində əldə etdiyi hazırkı "Pirr qələbəsi" onun xələfi üçün daha böyük bir problemə çevrilə bilər. Çünki yalnız Rusiya deyil, digər ölkələr də ABŞ Maliyyə Nazirliyinin xəzinə istiqrazlarından xilas olmağa çalışacaq. Və o zaman belə bir sual həqiqətən də gündəmdə olacaq: Potensial investorlar artıq Amerika dollarına və Ağ Evin rəhbərliyinə güvənməsə, ABŞ-ın dövlət borcu problemi necə həll ediləcək?

Xəbər lenti
0