Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə faciə: Qadının etirazı pis sonuclandı

CC0 / StockSnap / ManKişi silueti, arxiv şəkli
Kişi silueti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətin detalları araşdırılır

BAKI, 28 avqust — Sputnik, Ramella İbrahimxəlilova. Bu gün axşam saatlarında Qəbələ şəhərində qətl və intihar hadisəsi baş verib. Yerli sakinin qadınn etirazına reaksiyası belə sonuclanıb. Bu barədə Sputnik Azərbaycan-a Qəbələnin hüquq-mühafizə orqanlarından xəbər veriblər.

Hələlik o məlumdur ki, cinayətin iştirakçıları olan kişi və qadın rayon İcra hakimiyyəti binasının yaxınlığında yaşayırmışlar. Hər iki şəxs evlərinin arxasında asılmış vəziyyətdə tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, kişi əvvəlcə qadını öldürərək asıb. Sonra isə özünü asaraq intihar edib. Qadın ərindən boşanaraq bir uşaq böyüdürmüş. Məlumata əsasən, qonşu kişi bu qadının sevgisinə nail olmaq istəyirmiş, lakin müqavimətlə üzləşəndən sonra qəzəblənərək onu öldürüb.

Hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Cinayətin detalları araşdırılır.

Xəbər lenti
0