BAKI, 28 avqust — Sputnik. "Miss Azərbaycan 2014" titulunun sahibi Cavidan Qurbanova San-Fransiskoda ilk uşağını dünyaya gətirib.
Bu barədə Sputnik Azərbaycan onun anası Meri Qurbanovanın Facebook-dakı səhifəsinə istinadla xəbər verir. Meri Qurbanova sevinc hissi ilə nəvəsinin dünyaya gəldiyini və məhz bu səbəbdən də qızını dəstəkləmək və ona kömək etmək üçün San-Fransiskoya getdiyini bildirib.
"Urra! Bizim şahzadə doğulub. 3600 qramlıq Amerika xoşbəxtliyini otuz altı saat gözlədik" — deyə Qurbanova yazıb.
Cavidan Qurbanova iki ildən artıqdır sevdiyi şəxslə ABŞ-da yaşayır. Onun eşqinə Cavidan hətta özünün model karyerasını buraxıb. Hazırda keçmiş model yalnız öz ailəsi ilə məşğuldur.
Qeyd edək ki, model "Miss Azərbaycan 2014" milli gözəllik müsabiqəsində iştirak edəndən sonra məşhurlaşıb. O, daha sonra İspaniyada keçirilən "Queen Beauty Universe 2015" beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edib. Bunlarla yanaşı, Qurbanova şirkətlərin reklamlarına çəkilib, Bakıda keçirilən moda həftələrinin daimi iştirakçısı olub.