BAKI, 28 avgust — Sputnik. Prezident İlham Əliyev Vaqif Bəhram oğlu Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan bu barədə dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Prezidentin daha bir sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, eyni gündə İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər bir sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.