ELM

Elan verildi: 1 həftə vaxtınız var

© Sputnik / Murad OrujovDövlət İmtahan Mərkəzinin binası
Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub

BAKI, 28 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 28-dən sentyabrın 3-dək internet vasitəsilə ixtisas seçimi elan edir. Bu barədə Sputnik Azərbaycan-a DİM-in mətbuat xidmətindən məlumat verilib.

Elektron imtahan sistemi - Sputnik Azərbaycan
ELM
Diqqət: Bu gün son gündür

Bildirilib ki, orta ixtisas təhsili müəssisə­lərinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul imtahanında (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azər­baycan Respublikasının ümumi təhsil müəs­sisə­lə­rində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili) və riya­ziy­yat fən­lərin­dən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəs­sisə­lərinə qəbul olan abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2018-ci il avqustun 28-dən sentyabrın 3-dək in­ter­net vasitəsilə aparılır. İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Boş qalan ixtisasların siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birin­cisinə yerləşdirilir.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Xəbər lenti
0