İranı bürüyən fırtına Azərbaycana keçəcəkmi - Rəsmi açıqlama

© REUTERS / Social media/Matthias SchmidtВо время песчаной бури в Йезде, Иран
Во время песчаной бури в Йезде, Иран - Sputnik Azərbaycan
Abunə olmaq
İranın cənub-şərq əyalətini əhatə edən toz fırtınasının Azərbaycana təsiri gözlənilirmi?

BAKI, 27 avqust — Sputnik. Peyk məlumatlarının və sinoptik xəritələrin təhlilinə görə hazırda ölkə ərazisi üzərində troposferin aşağı və orta təbəqələrində hava kütlələrinin qərb və şimal-qərb axınları bərqarar olunub.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva məlumat verib. O bildirib ki, belə sinoptik şəraitin yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Buna görə də toz fırtınasının ölkəmizə təsir etməyəcək.

"Qeyd etməliyik ki, adətən toz fırtınalarının davamiyyəti 4 gündən artıq olmur və İranın cənubunda onların təkrarlanması əsasən sentyabrdan aprelə qədər müşahidə olunur. Toz fırtınasının baş verməsi üçün ən əlverişli ərazi Fars körfəzi ilə bitişik düzən ərazilərdir. Buna termobarik şərait, güclü külək və torpağın vəziyyəti təsir edir" — deyə U.Tağıyeva vurğulayıb.

Xəbər lenti
0