CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Rusiyalı” azərbaycanlı doğma vətənində: Balaca Elina İçərişəhərdə fləşmob edib

© Photo : Instagram / elina_smile_officialElina Məmmədova İçərişəhərdə
Elina Məmmədova İçərişəhərdə - Sputnik Azərbaycan
Abunə olmaq
Valideynləri balaca rəqqasəyə Bakı səfərini doğum günü sürprizi ediblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Hind rəqslərinin balaca ifaçısı, hazırda Rusiyada yaşayan azərbaycanlı Elina Məmmədova ilk dəfə vətəninə gəlib və İçərişəhərin küçələrində rəqs edib.

Balaca rəqqasənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, həmişə Azərbaycanda olmağı arzulayıb. Bu dəfə isə valideynləri Elinaya doğum günü sürprizi edərək onun Bakıya səfərini təşkil ediblər. Balaca rəqqasə bu sürprizə görə valideynlərinə sonsuz təşəkkürünü bildirib. Onunla birlikdə Bakıya müxtəlif milli rəqslərin mahir ifaçısı olan böyük bacısı da gəlib. Bacılar İşərişəhərdə fləşmob edərək bakılıları təəccübləndirməyə çalışıblar.

 

Məmmədova bir neçə gün Bakıda qalmaq, şəhəri gəzmək, öz həmkar və fanatları ilə görüşmək niyyətindədir.

Elina Məmmədova ailəsi ilə birlikdə Rusiyada yaşayır. Onun səkkiz yaşı var. İki il hind filmlərinə baxdıqdan sonra, Elinada hind rəqslərinə həvəs oyanıb və o, 5 yaşından Hindistanın milli rəqslərini ifa etməyə başlayıb. Nəticədə Elina Rusiyanın televiziya uşaq istedad şousu olan "Hamıdan yaxşı"da (Luçşe vsex) çıxış edərək geniş auditoriyaya özünün rəqs qabiliyyətlərini nümayiş etdirib.

Xəbər lenti
0