Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kütləvi intihar cəhdi

© Photo : REPORT“Xətai life” tikinti şirkətinin intihara cəhd edən işçiləri
“Xətai life” tikinti şirkətinin intihara cəhd edən işçiləri - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər

BAKI, 27 avqust — Sputnik. “Xətai life” tikinti şirkətinin 4 işçisi intihara cəhd edib.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi — 17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah ediblər.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала